“PAŞA Həyat” və “İRS” nəşriyyat evi 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində
(®) 5-9 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan “Baku International Book Fair 2022” - 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində “PAŞA Həyat” və “İRS” nəşriyyat evi birgə əməkdaşlıq çərçivəsində nəşr edilmiş kitablarla təmsil olunur.
Məlumat üçün bildirək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə fəaliyyəti nəticəsində indiyədək 13 kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə” kitablarıdır.
Qeyd edək ki, “Baku International Book Fair 2022” kitab sərgisində fərqli ölkələrdən 150-yə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edir. Əlavə olaraq sərgi zamanı müxtəlif yeni kitab təqdimatları, seminarlar, imza saatları, tamaşalar, nağıl və poeziya saatları kimi əlavə tədbirlər yer alır.
“PAŞA Həyat” şirkətinin fəaliyyətində yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına dəstək göstərilməsi və bu tipli məhsullar ilə ölkəmizin dünyada tanıdılması və təbliği xüsusi yer tutur. “PAŞA Həyat” şirkəti korporativ sosial məsuliyyət fəaliyyətinə daim diqqət ayırır və bu tip sərgilərdə iştirakı və cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqinə olan qatqısı ilə qürur duyur.
Sərgi haqqında ətraflı məlumat burada.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 d. əvvəl
- 45 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















