İlin son KOB Fest sərgi-satış yarmarkası Bakı Bulvarı ərazisində keçiriləcək
2022-ci ilin son “KOB Fest” sərgi-satış yarmarkası 14-15 oktyabr tarixlərində Bakı Bulvarı ərazisində təşkil olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sərgi-satış yarmarkasında iştiraka dəvət edir.
Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.
Bu ilin aprel ayından start götürən və ölkənin bir sıra şəhər və rayonlarında təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir.
Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlıq subyektləri 10 oktyabr saat 18:00-dək aşağıdakı link vasitəsilə müraciət edə bilərlər: https://bit.ly/3e900Oo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 d. əvvəl
- 44 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















