Sığorta brokerləri ASA-ya üzv olmaq üçün müraciət edib
Azərbaycanda fəaliyyət göstərən “Status Sığorta Brokeri” MMC Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.
ASA-dan Marja-ya verilən məlumata görə, adı çəkilən sığorta brokeri şirkəti ASA-ya üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Müvafiq təşəbbüs ASA rəhbərliyi tərəfindən müsbət qəbul edilib və broker şirkət Assosiasiyaya üzv olub.
Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edə biləcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə etmə imkanı əldə edib.
Məlumatda qeyd olunur ki, daha 2 sığorta brokeri şirkəti ASA-ya üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Hazırda onların müraciətlərinin dəyərləndirilməsi istiqamətində iş aparılır. Yaxın vaxtlarda o şirkətlərin də ASA-ya üzv olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası fəaliyyətə başladığı ilk illərdə sığorta şirkətləri ilə yanaşı, brokerlərin də ASA-ya üzvlüyü ilə bağlı təcrübə olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












