ABB-nin dəstəyi ilə İtaliyada ölkə rekordu qırıldı
ABB-nin Müştəri xidmətləri departamentinin direktor müavini Teymur Fərəcov bu günlərdə İtaliyanın Cervia şəhərində triatlon idman növündə keçirilmiş “İronman” status turnirində Azərbaycan üzrə rekord qazanıb. O, verilmiş tapşırığı 10 saat 12 dəqiqə 8 saniyəyə yerinə yetirib. Teymur Fərəcovla bu rekordu və ümumən turnir haqqında danışdıq.
-“İronman” status turnirinin əsas özəllikləri nədir?
-Bu turnir tratlion idman növünün ən çətin yarışlarından sayılır. Biz finişə qədər dayanmadan 3.8 km üzməli, sonra velosipedlə 180 km məsafə qət etməli, ardınca 42.2 km qaçmalı idik. Azərbaycandan olan 14 iştirakçı arasında bu tapşırığı ən qısa müddətdə yerinə yetirə bildim.
-Ölkəmizin bundan əvvəlki rekodu nə qədər müddət idi?
-Azərbaycandan olan idmançılar arasında bu “dəmir məsafə” indiyə qədər ən yaxşı nəticə kimi 10 saat 28 dəqiqəyə başa vurulmuşdu.
-Triatlionla nə vaxtdan məşğulsunuz?
-İki il əvvəl başlamışam. Buna qədər idmanın müxtəlif növləri ilə məşğul olurdum.
-İndiyə qədər bu idman növü üzrə hansı yarışlarda iştirak etmisiniz?
-İştirak etdiyim yarışların sayı 10-dan çoxdur. Sonuncu dəfə iyulun 3-də Bakıda, Pirallahı adasında keçirilən IronWind 70.3 Triterra yarışında iştirak edib öz yaş kateqoriyam üzrə – yəni, 40-44 yaşlı iştirakçılar arasında bürünc medal qazanmışam. 2022-ci ilin fevralında keçirilən “IronWind Winter Aquathlon” yarışında isə 2-ci yeri tutumuşam. 2021-ci ildə Minskdə, Tallində keçirilən yarışlarda da iştirak etmişəm. Minskdəki yarışda, normativlər əsasən, olimpik məsafə üzrə idi: cəmi 1500 metr üzmək, 45 km velosipedlə hərəkət etmək, 10 km qaçmaq lazım gəlirdi. Tallindəki isə yarım “İronman” məsafəsi idi. İtaliyadakı turnir bu baxımdan indiyə qədərki ən gərgin yarışım oldu. Özümə hədəf qoymuşdum ki, finişə, təxminən 11 saat ərzində çatım. Bu hədəfə daha tez müddətdə çata bilməyimə sevinirəm.
-Niyə məhz triatlon?
-Bu idman növü çox güclü iradə, dəmir intizam tələb edir. Fiziki hazırlıqdan başqa adamı mənəvi-psixoloji cəhətdən də möhkəmləndirir. Triatlonla məşğul olanda imkanlarını sanki yenidən kəşf edirsən, özünəinamın artır. Bundan başqa, məşqlərdə, yarışlarda çoxlu yeni dostlar da qazanırsan.
-Məşqlərə, yarışlara kifayət qədər zamanınız olurmu?
-Elə bir biznes qurumunda çalışıram ki, burada iş həyatımızla şəxsi həyatımız arasında balans yarada bilirik. Ona görə işdən sonra məşqlərə yetərincə zamanım qalır. Yarışlarda iştirakıma da lazımı şərait yaradılır. ABB hər bir əməkdaşının bank fəaliyyətindən kənar bu cür faydalı maraqlarını dəstəkləyir və bizə öz imkanlarımızı reallaşdırmaq üçün mümkün köməyi göstərir. İtaliyadakı yarışda da doğma bankımın dəstəyini hiss etmək mənə əlavə ruh verirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 22 d. əvvəl
-
40 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
2 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır

















