Dövlət Neft Fondundan büdcəyə transfert azaldılır
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 280 milyon manatı və ya 36,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin payına düşəcəyi proqnozlaşdırılır. Bu da, 2022-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi ilə müqayisədə 1 milyard 430 milyon manat azdır.
Marja xəbər verir ki, bu, 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 710 milyon manat nəzərdə tutulub.
Xəbər verdiyimiz kimi, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır.
HƏMÇİNİN OXU: 2023-cü ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























