Brend mağazaların dövriyyəsinin və turist axınının artırılması üçün təklif
zərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası növbəti “Baku Shoping Festival”-ın keçirilməsini təklif edir. inə görə, ticarət festivalının keçirilməsi, həmAzərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası idarə heyətinin növbəti iclası keşirilib.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, iclas gündəliyinin əsas mövzusu Bakıda növbəti Ticarət Festivalının ( “Baku Shoping Festival”) keçirilməsi olub. Assosiasiyanın təşkilatçılığı ilə “Shoping Festival”-ın 2022-ci ilin noyabr ayında keçirilməsi təklif olunur.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası İdarə heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, ticarət festivalının keçirilməsi, həm brend mağazalarının dövriyyəsinin artırılması, həm ölkəyə turist axınının təmin edilməsi, eləcə də, Dövlət Vergi Xidmətinin xətti ilə Dövlət büdcəsinə ödənişlərin artırılması və əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmi ilə nağdsız ödənişlərin artırılması və vergi mədəniyyətinin formalaşdırılmasına müsbət təsir göstərəcək.
“Baku Shoping Festival”-ı çərçivəsində tətbiq edilən xüsusi kampaniya və endirimlər isə yerli istehlakçılara brend geyimlərinin əlverişli qiymətlərlə əldə edilməsi imkanı yaradacaq ki, bu da AFRA fəaliyyətinin prioritet istiqamətlərindəndir”, - deyə Fərid Novruzi bildirib.
İdarə heyətinin bütün üzvləri “Baku Shoping Festival”-ın keçirilməsi təklifini dəstəkləyərək, festivalın təşkilinə lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildiriblər. İclasın sonunda “Baku Shoping Festival”-ın təşkil edilməsi istiqamətində işlərə start verilməsi, müvafiq dövlət və özəl qurumlar ilə danışıqların aparılması və güzəştlərin tətbiq edilməsi istiqamətində işlərin aparılması haqqında qərar qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























