Samir İsgəndərov "Embafinans"dan ayrıldı, təşkilata yeni sədr təyin olundu

BOKT "Embafinans"ın İdarə Heyətinin sədri Samir İsgəndərov vəzifəsindən ayrılır.
Marja.az xəbər verir ki, Samir İsgəndərov 2013-cü ildə Embafinansda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. o, 2015-ci ildən etibarən "Embafinans"da İdarə heyətinin sədri vəzifəsində çalışırdı.
Samir İsgəndərov, 09.09.2022-ci il tarixindən “Optimal Finance” BOKT MMC-yə Müşahidə şurasının sədri, “Optimal Elektronika” MMC-yə Direktorun müşaviri və “Stentor” MMC-yə Direktorun müşaviri vəzifəsinə təyin olunub.
Samir İsgəndərov sədri vəzifəsində çalışdığı zaman "Embafinans" böyük uğurlara imza atıb. Azərbaycan ən geniş xidmət şəbəkəsi ilə, maliyyə göstəriciləri və sosial yönümlü fəaliyyəti ilə BOKT Embafinans QSC maliyyə bazarında öz sözünü deməyə nail olub.
"Embafinans" ailəsi öz növbəsində Samir İsgəndərova gələcək iş həyatında uğurlar arzu edib.
Samir İsgəndərov "Embafinans"dan ayrılmasından sonra Ümumi Yığıncağın qərarı ilə İdarə heyətinin sədri vəzifəsinə Bağırov Cavid Nadir oğlu təyin edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
7 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
9 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
10 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
11 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
