Yen avro qarşısında son 7 il ən böyük nisbətdə ucuzlaşıb
Yapon yeninin xarici bazarlarda ucuzlaşması hökuməti və Yaponiya maliyyə orqanlarını narahat edir.
Marja xəbər verir ki, yen avro qarşısında son 7 ilin ən böyük ucuzlaşmasını Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini 0,75 faiz artırması qərarı ilə yaşayıb.
Marja xəbər verir ki, həftənin son əməliyyat günündə 1 avro 143 Yapon yeni səviyyəsində ticarət edilir.
1998-ci ildə 139 Yapon yenini görən 1 dollar, həftə ərzində 144 səviyyəsini görüb və hazırda 143 Yapon yeni səviyyəsində ticarət olunur.
Müdaxilə baş verə bilər
Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi bildirib ki, yenin son ucuzlaşmaları "iqtisadiyyatın fundamental sabitliyindən uzaqdır".
"Yapon yeninin ucuzlaşmasından çox narahatıq. Biz heç bir variantı istisna etmədən lazımi tədbirlər görməyə hazırıq", - Suzuki bildirib.
Suzuki, bu tendensiyanın davam edəcəyi təqdirdə Yaponiya hökuməti olaraq müdaxilə edəcəklərini təkrarlayıb.
Baş nazir Kişida Fumio ilə görüşən Yaponiya Mərkəzi Bankının (BoJ) sədri Kuroda Haruhiko da görüşdən sonra jurnalistlərə açıqlama verib.
Yenin ucuzlaşmasının "Yapon şirkətləri üçün mənfi" olduğunu qeyd edən Kuroda, bazarı yaxından izlədiklərini bildirib.
İtkilərə baxmayaraq BOJ ultra yumuşaq pul siyasətini davam etdirir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























