TuranBank-ın da iştirak etdiyi texniki yardım layihələri yekunlaşıb
TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Avropa İttifaqı və Türkiyə Respublikasının dəstəyi ilə həyata keçirdiyi texniki yardım layihələri uğurla başa çatıb.
(®)TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanmışdır. Adıçəkilən layihə Avropa Birliyi EU4Business Initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.
7 sentyabr tarixində Four Seasons oteldə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən bu layihələrin yekunlarına həsr olunan bağlanış tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycanın maliyyə institutlarının potensialının artırılmasına dəstək proqramının uğurla başa çatması qeyd olunaraq layihədə aktiv iştirak edən əməkdaşlarımıza sertifikatlar təqdim olunmuş və xatirə fotosu çəkilmişdir.
Məlumat üçün bildirək ki, adıçəkilən texniki yardım layihəsi çərçivəsində TuranBank Risk, Komplayns və MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması modulları üzrə əməkdaşlıq etmişdir. Risk, Komplayns modulu çərçivəsində həyata keçirilən layihə Bankda risk nəzarət tədbirlərinin effektiv idarə edilməsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə etmişdir. Layihə nüfuzlu beynəlxalq konsultasiya şirkəti olan TA Consult Partners tərəfindən uğurla icra edilmişdir. MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən modulun əsas məqsədi isə TuranBank-ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasından ibarət olmuşdur. Qeyd edilən layihə isə nüfuzlu Biznes və Maliyyə Məsləhət (Business & Finance Consulting GMBH BFC) konsultasiya şirkəti tərəfindən uğurla icra edilmişdir.
Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
14 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
20 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
21 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
22 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 22 saat əvvəl
-
23 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
