Onlayn sistem vasitəsilə kuryer xidməti fəaliyyətə başlayıb
FABO EXPRESS kuryer şirkəti, poçt daşıma sahəsində, göndəriş sayı çox olan korporativ şirkətlərin yaşadıqları problemləri aradan qaldıran onlayn sistemi vasitəsilə kuryer xidməti göstərir.
Müştərilər faboexpress.com saytından onlara ayrılmış istifadəçi adı və şifrə ilə müştəri hesabına daxil olur və kuryer xidmətindən istifadə edirlər. FABO EXPRESS şirkətinin təklif etdiyi innovativ həll yolları ilə çatdırılma xidməti modeli bu sahədə innovasiyadır.
Kuryer şirkətləri ilə yaşanılan problemlər deyildikdə:
-Göndəriş sayı çox olan banklar, şirkətlər, digər kuryer şirkətlərinin xidmətindən istifadə edərkən, göndərilənlərin bazasına sahib ola bilmir, göndərişləri izləyə bilmirlər,
-Məktubların çatıb çatmadığından, yalnız kuryer şirkəti onlara qaiməni qaytardıqda xəbərdar olurlar. Əksər kuryer şirkətləri, məktubu ünvana gec çatdırır, tarixi özləri qeyd edir və əvəzində sərfəli olan rüsumu əldə edirlər,
-Xəbərnamələrin sonradan gəlməsi səbəbindən, çatdırılma tarixinin dəqiqliyindən əmin olunmur,
-Çatdırılanların bazasına sahib olmaq üçün isə xəbərnamələri bir-bir daxil etmək lazım gəlir. Aylıq invoysu yoxlamağa çox vaxt sərf olunur,
-Bəzi hallarda isə, kuryerlər ünvana getmədən, məktubu götürənin əvəzinə imzalayır, çətin ünvanlarda isə, kuryer şirkətləri ünvana getmədən “Evdə yoxdur”, “Ünvan mövcud deyil" kimi aktlar rəsmiləşdirirlər. Bu hallar, məhkəmə proseslərində, göndəriş edən şirkətlər ilə vətəndaşlar arasında ciddi problemə səbəb olur.
FABO Express kuryer şirkəti, innovativ həll yolları ilə müştərilərinə:
-Heç bir proqram endirmədən faboexpress.com saytında ona yaradılmış paneldən rahat idarəetmə,
-Göndərişləri izləmə və bazasına sahibolma,
- Yorucu kağız işindən xilasolma və invoysu rahat hesablama,
-Çatdırılma haqqında dərhal və dəqiq məlumat əldəetmə,
-Çatdırılanlar bazası və axtarış funksiyasına sahibolma,
-İmzaların həqiqiliyindən və ünvana gedildiyindən əminolma kimi üstünlükləri təklif edərək, Azərbaycan Respublikası daxilində çatdırılma xidməti göstərir.
FABO Express şirkətinin əsas müştəri hədəfi, kütləvi göndəriş edən banklar və korporativ şirkətlərdir. Artıq bir neçə maliyyə qurumları ilə çalışaraq özünü dogrultmuş və müştəri məmnuniyyəti qazanmışdır.
Həm istifadənin asan olması, dəqiq çatdırılma xidməti, müştəri problemlərinin həll edilməsi, vaxta qənaət edilməsi, həm də xidmət tariflərinin ənənəvi kuryer şirkətlərindən daha münasib olması, müştərilərin onları seçməsində əsas amillərdir. Ətraflı məlumat almaq üçün (012) 490-15-10 telefon nömrəsi və ya[email protected] elektron ünvanı vasitəsi ilə FABO Ekspress şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



