E-Pul.az 8 illiyini qeyd etdi
Hazırda E-Pul.az platformasından 500 000 istifadəçi 23 kateqoriya üzrə 500-dən çox xidmət növündən yararlanır.(®) Onlayn ödəniş sektorunda müstəsna yeri olan “PAYSİS”MMC şirkətinin məhsulu E-Pul.az platforması 20 avqust 2014-cü ildən fəaliyyət göstərir.
İstifadəçilərin qeydiyyatlı və qeydiyyatsız şəkildə yararlandığı xidmətlərin sayı və keyfiyyət göstəricisi artmaqda davam edir. Rahat və təhlükəsiz ödənişlərə münbit şərait yaradan E-Pul.az platforması bank olmayan təşkilat kimi ilk dəfə Kartdan-karta xidməti, Avtomatik ödənişlər, Qafqazda Masterpass sisteminə inteqrasiya, Azərbaycanda Facebook Messenger vasitəsi ilə ödəniş BOT-u, QR kod vasitəsi ilə YDM və Asan xidmət ödənişlərinin təqdim olunması ilə fərqlənmişdir.
İnnovativ ödəniş sisteminin keçdiyi yola nəzər salan “Paysis” MMC-nin direktoru Samir Nasibov bildirib: "Fəaliyyətimizin uğurlu 8 ilini geridə qoyduq. Yaxın gələcək üçün hədəflərimiz daha fərqlidir. E-Pul.az bazasında müasir inkişaf tendensiyaları, innevativ həllərin tətbiqinin genişlənməsi üzrə davamlı tədbirlərin həyata keçirilməsi real nəticələrini vermişdir və verməkdə davam edir.
Azərbaycan ödəniş sektorunda E-Pul.az olaraq özümüzü təsdiq etdiyimiz üçün istifadəçilərimizə minnətdarlığımız sonsuzdur. Hər bir uğurlarımızın təməlini istifadəçi məmnunluğu təşkil edir. Əldə etdiyimiz uğurlarda komandamızın hər bir üzvünün zəhməti danılmazdır".
Hazırda E-Pul.az platformasından 500 000 istifadəçi 23 kateqoriya üzrə 500-dən çox xidmət növündən yararlanır. Yaxın vaxtlarda istifadəçilərini daha fərqli yenilikləri ilə sevindirməyə hazırlaşan E-Pul.az komandasının hədəfi xarici bazara inteqrasiyanı təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)







