Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA
Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il iyul ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində 2022-ci ilin iyul ayında keçən ilin iyul ayına nisbətən 18,9% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin iyul ayına nisbətən 20,8% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 19,8% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 8,0% artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 112,6% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 12,6% qiymət artımı müşahidə olunub. “Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ və ona aid şirkətlər üçün qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı əsas vəzifələrdəndir.
Aylar üzrə ümumi qiymət dəyişikliyi:

“Veysəloğlu Pərakəndə İndeksi” nədir?
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:
Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%
Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:
Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%
Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:
(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%
Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət artımı müşahidə olunur.
“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















