“AzFinance İnvestisiya Şirkəti” metal məmulatlar istehsal edən şirkətdə pay alıb
“AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 835 min 490 manat olan səhmlərinin alınması nəticəsində şirkətin 10%-nə sahib olmuşdur.
Marja xəbər verir ki, bu barədə “AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bununla əlaqədar “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə 3 alqı-satqı əqdi bağlanmış və ümumi həcmi 835 min 490 ədəd adi adlı sənədsiz səhmdən ibarət olmuşdur, yəni şirkətin bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 10%-ni təşkil etmişdir.
“AzeSteelCompany” sənaye qazlarının və metal məmulatlarının istehsalçısıdır.
2021-ci ilin sonuna olan məlumata görə, “AzeSteelCompany” ASC-nin səhmdarları Camaləddin İsmayılov (69,4%), Kənan Ağayev (20,6%) və Ömər Hüseynov idi (10%).
Xəbər verdiyimiz kimi, “AzFinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (BOKT) nizamnanmə kapitalına 700 min manat sərmayə yatırmaq müqabilində BOKT-nin paylarının 70%-na sahib olmuşdur.
Həmçinin oxu
“AzeSteelCompany” zərərdən mənfəətə keçibMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
8 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 10 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı























