"Premium Bank"ın əməliyyat mənfəəti 11 dəfə artıb
"Premium Bank" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 78 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 8 milyon 225 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2021-ci ilibn birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 105 dəfədən çox azalıb. Xalis mənfəətin kəskin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Premium Bank"ın faiz gəlirləri 2021-ci ilin birinci yarısında 16 milyon 380 min manat ikən, 2022-ci ilin birinci yarısında 15 milyon 314 min manata düşüb (1 milyon 66 min manat azalıb). Bankın qeyri-faiz gəlirləri isə 6 milyon 494 min manatdan 7 milyon 510 min manata yüskəlib (1 milyon 16 min manat artıb).
2022-ci ilin birinci yarısında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 22 milyon 824 min manat, cəmi əməliyyat xərcləri 17 milyon 420 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 404 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5 milyon 325 min manat ayırdığından mənfəəti 78 min manata düşüb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 22 milyon 874 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 383 min manat, əməliyyat mənfəəti 491 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 7 milyon 734 min manat azad olduğundan mənfəət 8 milyon 225 min manata yüksəlmişdi.
Diqqəti cəlb edən "Premium Bank"ın faiz və qeyri-faiz xərclərini azaltması və bunun nəticəsində əməliyyat mənfəətinin 11 dəfə artaraq 491 min manatdan 5 milyon 404 min manata yüksəlməsidir.
30 İyun 2022-ci il tarixində "Premium Bank" 682 milyon 593 min manat cəmi aktivlərə, o cümlədən 488 milyon 219 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 760 milyon 339 min manat cəmi aktivlərə və 508 milyon 76 min manat kredit portfelinə malik idi.
30 İyun 2022-ci il tarixində "Premium Bank" ASC 170 milyon 410 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)












.jpg)





