Dəmir yolu üzrə beynəlxalq təşkilatın rəhbəri Horadiz – Ağbənd layihəsi ilə tanış olub
Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper Azərbaycana səfəri çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində olub.
Azərbaycan Dəmir Yollarının yaydığı məlumata görə, Volfqanq Küpper Horadiz – Ağbənd dəmir yolu xəttində aparılan tikinti prosesi ilə tanış olub. Qonağa layihənin əhəmiyyəti və görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi tərəqqisi üçün xüsusi strateji əhəmiyyətə malik Horadiz – Ağbənd dəmir yolu xəttinin təməli ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən il fevralın 14-də qoyulub.
Qeyd olunub ki, layihə regionun tranzit potensialına mühüm təsir göstərəcək və daşımaların inkişafına töhfə verəcək.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiyanın (Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 453 ədəd süni mühəndis qurğusunun, 70 ədəd yoldəyişənin, 110.4 km rabitə və işarəvermə sisteminin tikintisi nəzərdə tutulur.
Əlavə edilib ki, dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri 3 mərhələdə aparılır və 2023-cü ilin sonunda işlərin yekunlaşdırılması planlaşdırılır.
Hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanıb. Həmçinin 59-cu və 70-ci km-lər arası ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır.
3 mərhələdə intensiv şəkildə yerinə yetirilən layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir və hazırda yolun 101,5 km-dək ərazisi minalardan təmizlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
26 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
41 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
50 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 53 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı



















