Üç dərəcə istiləşmə 178 trilyon dollar itkiyə səbəb olacaq
Deloitte tərəfindən hazırlanan "Dönüş Nöqtəsi2 başlıqlı təhlilə görə, Paris İqlim Müqaviləsində müəyyən edilmiş orta temperatur meyarlarına əməl olunarsa, qlobal iqtisadiyyat 43 trilyon dollar artacaq. Əks halda, temperaturun 3 dərəcə artması qlobal iqtisadiyyata 178 trilyon dollar itkiyə səbəb olacaq.Audit, vergi və idarəetmə üzrə məsləhət xidmətləri göstərən beynəlxalq şirkətlərdən biri olan "Deloitte", 23 ölkədə qlobal iqtisadiyyatı formalaşdıran şirkətlərin baş direktorları ilə birlikdə apardığı sorğunun nəticələrini təhlil edib.
Marja xəbər verir ki, sorğuda iştirak edən yüksək səviyyəli rəhbər işçilərin 49 faizi son 6 ayda quraqlıq, meşə yanğınları, həddindən artıq isti və ya şiddətli tufan kimi iqlimlə bağlı hadisələrlə qarşılaşdıqlarını bildirib. Rəhbərlərin 89 faizi iqlimlə bağlı təcili tədbirlərin görülməsi lazım olduğunu düşünür, 79 faizi iqlim böhranının kritik həddə çatdığına inandığını bildirib.
"Deloitte" hazırladığı analizlə dünyada orta hava istiliyinin artımını 2 ssenari üzrə qiymətləndirir. Birinci ssenaridə dünyada orta temperaturun 3 dərəcə artacağı, ikinci ssenaridə isə Paris İqlim Sazişinə uyğun olaraq qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılacağı proqnozlaşdırılır.
Ən ciddi zərər Asiya-Sakit Okean hövzəsində olacaq
Analizə görə, 2070-ci ilə qədər dünyada orta hava temperaturu 3 dərəcə yüksəldikdə qlobal iqtisadiyyat 178 trilyon dollar itki ilə üzləşəcək. Bu məbləğ o deməkdir ki, iş dünyasında bir çox şirkət bağlanır və investisiyalar dayanır, insanlar evlərini və işlərini itirir, qida və səhiyyə xidmətlərinə çıxış çətinləşir.
Orta temperaturun 3 dərəcə artımasından ən çox təsirlənəcək bölgə Asiya-Sakit Okean olacaq. Təhlilə görə, region iqtisadiyyatı 96 trilyon dollar itirəcək. Eyni dövrdə Amerika qitəsində 36 trilyon, Avropada isə 10 trilyon dollar itki olacağı gözlənildiyi halda, dünyanın qalan hissəsində zərərin təxminən 40 trilyon dollara çatacağı gözlənilir. Təkcə Avropada 110 milyon insanın işini itirəcəyi də proqnozlaşdırılır.
Avropa təkcə 2070-ci ildə 1 trilyon dollar itirəcəyi halda, qitənin iqtisadiyyatı növbəti 10 il ərzində yalnız 1% artacaq.
Amerika qitəsindəki itkilərin 2070-ci ilə qədər 36 trilyon dollara çatacağı gözlənilir. Təkcə 2070-ci ildə 4 trilyon dollar itki proqnozlaşdırılır. Bu dövrdə Amerika qitəsinin bütün ölkələrinin itkilərini nəzərə alsaq, təkcə ABŞ-ın itkisi 14,5 trilyon dollar olacaq. Bu o deməkdir ki, hər bir amerikalı öz həyatı boyu qazandığı ümumi puldan 70 min dollar itirir.
Orta hava istiliyinin artması iqtisadiyyatla yanaşı, dünya həyatına da birbaşa mənfi təsir göstərəcək. İsti dövrlərin uzanması insanların stresini artıracaq və işdə məhsuldarlığını aşağı salacaq. Dəniz səviyyəsi qalxdıqca həm məhsuldar əkinçilik sahələri, həm də sahilyanı yaşayış məntəqələri su altında qalacaq. İstehsal və investisiyalar azalacaq, dəyişən iqlim şəraitinə görə xəstəliklər və ölüm nisbətləri artacaq. Ölkələrin kənd təsərrüfatı istehsalı dəyişəcək və bir çox sahilyanı ölkələr üçün çox əhəmiyyətli bir gəlir mənbəyi olan turizm də bu şərtlərdən mənfi təsirlənəcək.
Daha az istilik, daha az zərər
"Deloitte" tərəfindən aparılan təhlildə tətbiq edilən ikinci ssenaridə dünyada orta hava temperaturun Paris İqlim Sazişində göstərilən meyarlara uyğun olacağı proqnozlaşdırılır. Bu sazişə əsasən, qlobal istiləşmə 1,5 dərəcə selsi və ya daha aşağı səviyyədə məhdudlaşdırılır və dünya əsrin ortalarına qədər sıfır emissiya hədəfinə çatarsa, dünya iqtisadiyyatının 2070-ci ilə qədər əlavə olaraq 43 trilyon dollar artacağı təxmin edilir.
Bu dövrdə 47 trilyon dollarla ən böyük artımı Asiya-Sakit okean regionu göstərəcək. Avropa və Amerika qitələrinin iqtisadiyyatı müvafiq olaraq 1 və 3 trilyon dollar itirəcək.
Hökumətlər cəsarətli olmalıdırlar
Təhlildə qeyd edilib ki, bütün hökumətlər, şirkətlər və insanlar iqlimlə bağlı cəsarətli qərarlar qəbul etməli, sıfır emissiyaya tez çatmaq üçün addımlar atmalı, ölkələr Paris İqlim Sazişində müəyyən edilmiş meyarlara cavab vermək üçün iqtisadiyyatlarını transformasiya etməli və mümkün qədər tez gələcək üçün lazım olan bütün investisiyaları həyata keçirməlidirlər.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 7 d. əvvəl
-
- 10 d. əvvəl
- 19 d. əvvəl
-
25 d. əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
31 d. əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 32 d. əvvəl
- 37 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir























