“Azərlotoreya” gəlirlərini və xalis mənfəətini açıqladı
“Azərlotoreya” ASC 2021-ci ili 7 milyon 581 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azərlotoreya”nın xalis mənfəəti 3 milyon 188 min manat və ya 72,6% artıb.
Ötən il “Azərlotoreya”nın satışdan gəlirləri 43 milyon 970 min manat təşkil edib. 2020-ci ildə şirkətin satışdan gəlirləri 17 milyon 793 min manat olmuşdu. Beləliklə, “Azərlotoreya” ASC-nin satışdan gəlirləri 2,5 dəfə artıb.
2021-ci ildə “Azərlotereya” ASC-nin cəmi əməliyyat gəlirləri 44 milyon 475 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 791 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 12 milyon 684 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 5 milyon 103 min manat mənfəət vergisi ödəyib və ili 7 milyon 581 min manat xalis mənfəət ilə bağlayıb.
31 Dekabr 2021-ci il tarixində “Azərlotoreya” ASC 31 milyon 874 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 11 milyon 127 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Şirkət 2022-ci ildən yeni lotereyalarını təqdim edib.
“Azərlotereya” ASC-nin 31 Dekabr 2021-ci il tarixində bitən il üzrə maliyyə hesabatlarının auditi "KPMG Audit Azərbaycan" MMC tərəfindən aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























