Daha bir bankın xalis mənfəəti kəskin artıb
"Naxçıvanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb"Naxçıvanbank" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 814 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 684 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın xalis mənfəəti 2,1 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Naxçıvanbank"ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 6 milyon 359 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 9 milyon 503 min manat təşkil edib (3 milyon 144 min manat və ya 49,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 226 min manatdan 3 milyon 7 min manata yüksəlib (781 min manat və ya 35% artıb).
2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 12 milyon 510 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 4 milyon 336 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 174 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 361 min manat ayırdığından cari ilin ilk 6 ayını 7 milyon 814 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri 8 milyon 585 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 71 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 514 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 869 min manat ayırmış, 960 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 3 milyon 684 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2022-ci il tarixində "Naxçıvanbank" 343 milyon 677 min manat cəmi aktivlərə, o cümlədən 164 milyon 563 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin soununda 343 milyon 757 min manat cəmi aktivlərə, o cümlədən 140 milyon 901 min manat kredit portfelinə malik idi. Beləliklə, ötən ilin sonu ilə müqayisədə "Naxçıvanbank"ın kredit portfeli 23 milyon 662 min manat və ya 16,8% artıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIR
30 İyun 2022-ci il tarixində "Naxçıvanbank" ASC 97 milyon 612 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 91 milyon 683 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 54 d. əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Ən çox oxunanlar
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir





















.jpg)
