"Gömrüyün xəttilə büdcəyə ödənilən vəsaitin ciddi artmasının səbəbi inhisarçılığa və korrupsiyaya qarşı mübarizədir"
"Hazırda gömrük-sərhəd keçid məntəqələrində infrastrukturun əsaslı şəkildə yenidən qurulub, ən müasir texniki nəzarət vasitələri ilə təchiz edilib. Nəticədə sərhədkeçmə proseslərinə sərf olunan 2-3 saatlıq müddət 4-5 dəqiqəyə endirilib, gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir istiqamətdə 200 yük nəqliyyat vasitəsindən 700-ə çatdırılıb".
Marja xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyulun 14-də DGK rəhbərliyinin və “Caspian Energy Club”un üzvlərinin iştirakı ilə keçirilən biznes forumda səsləndirib.
Səfər Mehdiye qeyd edib ki, hazırda Gürcüstanla sərhəddə yerləşən gömrük-keçid məntəqələri vasitəsilə bir istiqamətdə ümumilikdə 1000-dən artıq nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Rusiya Federasiyası ilə ilə sərhəddə inşa olunan “Xanoba” gömrük postu fəaliyyətə başladıqdan sonra isə şimal istiqamətində gündəlik 2000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkün olacaq. Komitə sədri vurğulayıb ki, sərhədkeçmə prosesində əldə olunan nailiyyətlər beynəlxalq ticarətin asanlaşdırılması ilə yanaşı, xarici ticarət iştirakçıları üçün münbit biznes mühitinin formalaşdırılmasına şərait yaradıb, vaxt və vəsait itkisinin qarşısı alınıb.
Səfər Mehdiyev gömrük orqanlarının fiskal sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçotun düzgün qurulması, könüllü riayət mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımlar nəticəsində dövlət büdcəsinə ödənilən vəsaitlərin miqdarında ciddi artım müşahidə olunur. Komitə sədri bu sahədə uğurların əldə olunmasında kölgə iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin də əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Gömrük sistemində tətbiq edilən layihələrdən, innovativ yeniliklərdən bəhs edən Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin timsalında bu yeniliklərin sahibkar-məmur təmasının minimuma endirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına, gömrük sistemində şəffaflığın təmin olunmasına şərait yaratdığını vurğulayıb.
Komitə sədri gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onların gömrüklə bağlı məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Diskussiya şəklində davam edən forumda Dövlət Gömrük Komitəsinin sədri biznes nümayəndələrinin rəy və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























