Brent neftin qiyməti 95 dollardan aşağı düşdü
Brent markalı neftin qiyməti fevralın 21-dən bəri ilk dəfə bir barel üçün 95 dollardan aşağı düşüb
Marja xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti 4%-dən çox ucuzlaşma ilə 94,73 dollardan ticarət olunub.
ABŞ-da yüksək neft qiymətləri istehlakı azaldıb, tələb keçən həftə 1996-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. Yüksək enerji xərcləri və son 40 ildə ən yüksək həddə çatan inflyasiya ABŞ-da bir nömrəli gündəmdir. ABŞ prezidenti Co Bayden bir neçə dəfə OPEC-i qiymətləri aşağı salmaq üçün daha çox neft istehsal etməyə çağırıb. Bayden bu mövzuda bu həftə Yaxın Şərqdə danışıqlar aparacaq.
Analitiklər neftə tələbin zəifləməyə başladığını bildirirlər. Bazarlar ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərinə fokuslanıb. Neft təklifində (hasilatında) artım olacağı xəbəri qiymətləri daha da aşağı sala bilər.
Neft FED-in yüksək inflyasiya səbəbindən faizləri daha aqressiv şəkildə artıracağına dair narahatlıqlar səbəbindən də ucuzlaşır.
Brent markalı neft iyunda çatdığı ən yüksək səviyyəsindən 20 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




