Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ixracını genişləndirir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC məhsul istehsalının həcmini artırır və ixrac coğrafiyasını genişləndirir.

Agentlikdən Marja-ya daxil olmuş məlumata görə, şirkət Avropanın daha bir ölkəsinə - Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb və ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

Reklam_3_11

Qeyd edək ki, investisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.

Ümumilikdə, şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.

azertexnolayn
14.07.2022 12:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18