BVF-nin rəhbəri: Gələn il qlobal böhran ehtimalını istisna edə bilmərəm
Beynəlxalq valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva aprel ayından qlobal iqtisadiyyatla bağlı proqnozların ciddi şəkildə zəiflədiyinə diqqət çəkərək, gələn il qlobal iqtisadiyyatda tənəzzül (böhran) ehtimalını nəzərdən qaçıra bilməyəcəyini deyib.
Marja xəbər verir ki, son iqtisadi məlumatların ikinci rübdə Çin və Rusiya kimi böyük iqtisadiyyatlarda yavaşlamaya işarə etdiyini qeyd edən Georgieva, "Risklər artıb, tənəzzül ehtimalını göz ardı edə bilmərik. 2022-ci il çətin bir ildir, 2023-cü il bəlkə də daha çox çətin il olacaq. 2023-cü il üçün tənəzzül riskləri artıb" deyib.
Həmçinin Georgieva bildirib ki, BVF 2022-ci il üçün daha əvvəl 3,6 faiz olaraq açıqlanan qlobal iqtisadi artım proqnozunu yaxın günlərdə aşağıya doğru yenidən nəzərdən keçirəcək. Bu, BVF-nin 2022-ci il üçün artım proqnozunun üçüncü reviziyası olacaq. BVF-nin iyulun son həftəsində 2022 və 2023-cü illər üçün qlobal ÜDM artımı proqnozlarına yenidən baxacağı gözlənilir.
Qlobal iqtisadiyyat 2021-ci ildə 6,1 faiz artıb.
Həmçinin oxu
"ABŞ investorları böhrana hazırlaşır"Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)






