“Azərlotereya” ASC Dünya Lotereya Assosiasiyasına (WLA) üzv oldu
“Azərlotereya” ASC qlobal lotereya sənayesində daha bir nüfuzlu təşkilata qoşulub.
ASC-nin yaydığı məlumatda bildirilir ki, fəaliyyət sferasında beynəlxalq standartları tətbiq edən “Azərlotereya” ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı sayılan Dünya Lotereya Assosiasiyasına (World Lottery Association) üzv olub.
Dünya Lotereya Assosiasiyası (WLA) təxminən 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyidir.
Assosiasiya üzvlərinin ümumi məqsədi əyləncəli şans oyunlarının məsuliyyətli satışını həyata keçirməkdir. Bu baxımdan “Azərlotereya” ASC beynəlxalq təcrübəyə əsaslanaraq şans oyunlarının təşkilində xoş və əyləncəli xidmətlər təqdim edərkən hər zaman “Məsuliyyətlə oyna!” prinsipinə sadiq qalır.
"Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan “Azərlotereya” ASC-nin fəaliyyəti assosiasiyanın meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfü deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də Dünya Lotereya Assosiasiyasının üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir",- məlumatda deyilir.
Dünya Lotereya Assosiasiyası (WLA) 1999-cu ilin avqustunda “AILE”, “Beynəlxalq Dövlət Lotereyaları Assosiasiyası və Intertoto”, “Beynəlxalq Toto və Lotto Təşkilatları Assosiasiyası”nı birləşdirərək yaradılıb.
Qeyd edək ki, “Azərlotereya” ASC, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının da (The European State Lotteries and Toto Association) üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















