SİMA ilə əmək müqaviləsi bildirişlərini və pensiya təminatını izləmək daha rahat oldu
Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan “e-sosial” portalında əmək müqaviləsi bildirişlərini və pensiya təminatını SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə artıq daha rahat izləyə biləcəklər.
Qeyd edək ki, portalda hər bir vətəndaş haqqında Mərkəzləşdirilmiş elektron informasiya sistemindən götürülən məlumatlar yerləşdirilir. Sosial müdafiə hüquqları barədə bütün məlumatları buradan əldə etmək mümkündür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, SİMA-nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası vətəndaşlara “e-sosial” portalına daxil olaraq öz əmək müqaviləsi bildirişlərini, ərizə və müraciətlər, pensiya təminatı, müavinət, ünvanlı sosial yardım, fərdi kapital, avtomobil, mənzil növbəsi və s. haqqında məlumatları izləmək imkanı verir.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.
SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir şəxs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlana biləcək. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 2 d. əvvəl
- 4 d. əvvəl
-
14 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
26 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb






.jpg)
.jpg)







.jpg)



