“Azərlotereya” ASC şəhid övladları üçün təqaüd ayırdı
“Azərlotereya” ASC-nin təhsil təqaüdü Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.(®) Haqq-ədalət savaşımızda şücaətlə döyüşərək bizə qələbə hissini yaşadan şəhidlərimizin ailələrinə dəstək olmağı özünə borc hesab edən “Azərlotereya” ASC bu istiqamətdə yeni sosial layihəyə start verir.
"Əmanətə sədaqət" devizinə əsaslanan “Azərlotereya” vətən uğrunda canlarından keçmiş Qarabağ müharibəsi şəhidlərinin övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edəcək.
“Azərlotereya” ASC-nin təhsil təqaüdü Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək sosial layihə ilkin mərhələdə 32 nəfəri əhatə edəcək ki, onlardan hazırda 25-i Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır.
Təhsilin tərəqqisinə yönələn layihələrə dəstək göstərməkdə maraqlı olan "Azərlotereya" ASC bu sferada Təhsil Nazirliyi və və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığa davam edəcək.
Məqsəd şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir. Ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq “Azərlotereya” ASC-nin təqaüd proqramı da şəhid övladlarının gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.
Vətən müharibəsi dövründə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə onların sosial müdafiəsinə hesablanan layihələrin təşəbbüskarı kimi "Azərlotereya" ASC bundan sonra da hünərlik zirvəsi olan şəhid ailələrinə dəstək olmağa davam edəcək.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin təqaüd proqramı cari və növbəti illərdə Azərbaycanda və Türkiyədə ali təhsil almaq istəyən şəhid övladlarına da şamil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







