Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rusiyalı jurnalist Nobel mükafatını 103,5 milyon dollara satıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyalı jurnalist Nobel mükafatını 103,5 milyon dollara satıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyalı Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Nobel medalını hərracda 103,5 milyon dollara satıb.

“Reuters“in xəbərinə görə, Nyu-Yorkda baş tutan auksionu təşkil etmiş “Heritage Auctions” bəyanatında bildirib ki, əldə edilən gəlir UNICEF-in Ukraynada qaçqın düşmüş uşaqlara humanitar reaksiyasına sərf ediləcək.

ABŞ mediasının məlumatına görə D. Muratovun Nobel medalının auksion qiyməti rekord olub və bu vaxta qədər hərraca çıxarılmış istənilən Nobel medalından daha baha satılıb.

Bundan əvvəlki satışlarda isə Nobel medalı üçün 5 milyon dollar ödənildiyi bildirilib.

1991-ci ildə “Novaya Qazeta”nı təsis etmiş D. Muratov 2021-ci ildə filippinli Maria Ressa ilə birlikdə Nobel Sülh Mükafatını qazanıb. “Novaya Qazeta” bu ilin martında fəaliyyətini Rusiyanın Ukraynada hərbi əməliyyatları başa çatanadək dayandırdığını açıqlayıb.

21.06.2022 10:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18