"Dəyişikliyə əsasən, yalnız kütləvi təklif edilmiş səhmlər və istiqrazlar üzrə faiz gəlirləri vergidən azad olunacaq"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 13 may 2022-ci il tarixli qanunu imzalayıb. Qanuna əsasən, 2023-cü il fevralın 1-dən etibarən, yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri 5 il müddətinə vergidən azad edilir.
Xatırladaq ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elnur Yusifov bildirib ki, Vergi Məcəlləsində son dəyişikliyə əsasən, yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur. Bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır.
Eyni zamanda, dəyişikliyə əsasən, istiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib qaydada hesablanacaq. Dəyişikliyə qədər istiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi, istiqraza malik olduğu günlərin sayı nəzərə alınmadan, onun son mülkiyyətçisi tərəfindən ödənilirdi.
Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakına və investor bazasının genişləndirilməsinə təkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























