Bu BOKT-un direktoru dəyişib, kapitalı 1 milyon manata çatdırılıb
"OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATI" MMC-nin direktoru vəzifəsinə yeni təyinat olub.17:57 -"OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATI" MMC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, bu vəzifə 13 iyun 2022-ci il tarixindən etibarən İmam Qədimquliyevə həvalə edilib.
Bu barədə Marja.az-a BOKT-dan bildirilib.
Qeyd edilib ki, İmam Eyyub oğlu Qədimquliyev 1986-ci ildə anadan olub. 2004-2008-ci illərdə “Azərbaycan Dövlət Neft Akademiyası”-nın "Menecment" ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə həmin üniversitetin “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
İ.Qədimquliyev Bank və BOKT sahəsində 11 ildən artıq təcrübəyə sahibdir. 2011-ci ildən “Bank of Baku”da, 2013-cü ildən isə BOKT “Embafinans” QSC-də müxtəlif vəzifə və komitələrdə çalışmışdır. O cümlədən Risklərin idarə olunması üzrə idarəedici vəzifədə 6 ildən çox təcrübəyə malikdir.
"OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATI" MMC öz fəaliyyətinə 2020-ci ilin sentyabr ayında başlayıb. 2022-ci ildə BOKT-un nizamnamə kapitalı artırılaraq 2021-ci ilin sonundakı 300 min manatdan 1 milyon manata yüksəldilib. Hazırda BOKT həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif xidmətləri təklif edir.
XXX 17:14
"Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC-yə yeni direktor təyin edilib.
Marja.az xəbər verir ki, təsisçilərin qərarı ilə kredit təşkilatına rəhbərlik Qədimquliyev İmam Eyyub oğluna həvalə edilib.
İndiyədək Əsgərov Əhəd Tofiq oğlu “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-də Direktor vəzifəsində çalışıb. O, "Optimal Elektronika" MMC-nin təsisçisidir.
Ötən ilin sonunda "Optimal Finance BOKT"un nizamnamə kapitalı 300 min manat ikən, 2022-ci ilin ötən dövründə 1 milyon manata çatdırılıb.
Xəbər verdiyimiz kimi, ötən il "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC-nin yeganə təsisçisi Elçin Əsgərli payının bir hissəsini satıb. Onun payını Fərid Eynullayev (30%) və Yusif İbrahimov (20%) alıblar. Son nəticədə E.Əsgərlinin payı 50% təşkil edib.
Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







