FED sədrinin açıqlamaları dolların güclənməsinə dəstək olmağa davam edə bilər
Çərşənbə günü baş tutan toplantısında uçot dərəcələrini proqnozlara uyğun olaraq 0.75% artıran FED son 28 ilin ən sərt faiz artımını reallaşdırdı. Bu ehtimalı daha öncədən dəyərləndirən birja iştirakçıları bu qərara əks reaksiya versələr də, bank sədri Jerom Pavelin il sonuna qədər faiz dərəcələrini əlavə 1.75%-ə qədər artıracaqları yönündə verdiyi açqlamalar dolların güclənməsinə dəstək olmağa davam edə bilər.
Xəbər sırasında bir qədər yüksəlsələr də, hazırda EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşdığı müşahidə olunur. Bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı bu cütlüklərdə tendensiyanın hansı istiqamətda güclənəcəyinə ciddi təsir edə bilər.
1800$ həddindən dəstək görən qızıl 1840$-a kimi bahalaşsa da hazırda dünya birjalarında 1830$-dan təklif olunur. Eniş tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə qiyməti yenidən 1800$ səviyyəsini test edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
-
9 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
10 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb























