FED-dən sonra mərkəzi banklar faiz artırırlar
Braziliya Mərkəzi Bankı faizini 0,50 faiz bəndi artıraraq 13,25 faizə çatdırıb.
Marja.az xəbər verir ki, iqtisadçılar da faizin 0,50 bənd artırılacağını gözləyirdilər.
Bank avqust ayında faiz dərəcəsini 0,50 bənd və ya daha az artıracağına işarə edib.
Son faiz artımı ilə bank 2021-ci ilin mart ayından etibarən faiz dərəcəsini 11,25 bənd artırıb.
Ölkədə ərzaq və enerji qiymətləri səbəbindən sentyabr ayından etibarən inflyasiya 10 faizdən yuxarıdır.
Mərkəzi Bankın keçmiş direktoru Reinaldo le Grazie Bloomberg-ə açıqlamasında Braziliya Mərkəzi Bankının faiz artımı prosesini dayandırmaq istədiyini, lakin inflyasiyanın buna imkan vermədiyini bildirib.
HONQ-KONQ DA FAİZ ARTIRDI
Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini 0,75 bənd artırmasından sonra ABŞ dollarına bağlı məzənnə rejimi səbəbilə eyni ölçüdə faiz artırıb.
Honq Konq Valyuta Təşkilatı (HKMA) standart faiz dərəcəsini 0,75 bənd artıraraq 2 faizə çatdırıb.
Xəbər verdiyimiz kimi, Fed faizini 0,75 faiz bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu artım 1994-cü ildən bəri ən sürətli faiz artımı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






