Azərbaycanda Poçt Daşıyıcıları Assosiasiyası yaradıla bilər
Azərbaycanda Poçt Daşıyıcıları Assosiasiyasının yaradılması istiqamətində işlər aparılsa da, bu sahədə bəzi problemlər mövcuddur.
Bunu “FedEx” şirkətini Azərbaycanda təmsil edən “Azeri Express” şirkətinin icraçı direktoru Şaiq Qəribzadə deyib.
Onun sözlərinə görə, Assosiasiyanın yaradılması təşəbbüsü dünyanın ən böyük poçt şirkətlərinin nümayəndələri (DHL, FeDEX, UPS və s.) tərəfindən irəli sürülüb.
“Assosiasiya yaradıldığı təqdirdə onun sıralarına digər karqo şirkətləri də qatıla biləcəklər. Təəssüflər olsun ki, biz hələ ki, Assosiasiyanın yaradılmasına dair Ədliyyə Nazirliyindən cavab almamışıq. Onu da qeyd edim ki, bizə bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi eləcədə İqtisadiyyat Nazirliyi dəstək olur. Ümid edirik ki, Ədliyyə Nazirliyi tərəfindən cavab ala biləcəyik”, - deyə Şaiq Qəribzadə qeyd edib.
Şirkətinin icraçı direktoru əlavə edib ki, Azərbaycan bazarında bu gün 150-yə yaxın poçtdaşıma şirkətləri fəaliyyət göstərir.
“Əlbəttə ki, belə olan təqdirdə Assosiasiyanın yaradılmasına ehtiyac var ki, onların problemlərini biz Assosiasiya vasitəsilə mediaya və yaxud dövlət qurumlarına çatdıraq. Assosiasiyanın olması dövlət qurumları üçün də yaşdır ki, onlar artıq 150 şirkətlə deyil bir qurumla danışacaq və şirkətlərin üzləşdiyi problemləri bir qurundan eşidəcəklər”, - Şaiq Qəribzadə vurğulayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















