Bazarlar FED-in son 28 ilin ən kəskin faiz artıracağını gözləyir
Fyuçers qiymətləri, FED-in bu həftə keçiriləcək iclasında 0,75 bənd faiz artıracağı ehtimalına işarə edir.Bazar qiymətləri göstərir ki, ABŞ Mərkəzi Bankı (FED) 1994-cü ildən bəri ən sərt şəkildə faiz artıra bilər.
Marja xəbər verir ki, fyuçers qiymətlərinə görə, FED yüksələn inflyasiya ilə əlaqədar olaraq bu həftə faiz dərəcələrini 0,75 bənd artıracaq.
FED-in bu həftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 bənd faiz artıracağı gözlənilir. Bu vəziyyət iki dəfə 0,50 bənd və bir dəfə 0,75 bənd artım ehtimalını göstərir. Üç iclas üçün əvvəlki proqnoz hər biri üzrə 0,50 bənd idi.
Məlumatlar ABŞ-da inflyasiyanın may ayında 8,6 faizə yüksəldiyini və 40 illik ən yüksək səviyyəsini yenilədiyini ortaya qoyub.
"Allianz SE"nin Baş İqtisadi məsləhətçisi və "Bloomberg Opinion"un müəllifi Mohamed El-Erian CBS kanalında deyib: “Mən inflyasiya proqnozunun daha da pisləşməsindən narahatam. Bu templə 9 faizə çata bilərik”.
Fed-in inflyasiya ilə mübarizədə geridə qalmağa davam etdiyini deyən El-Erian, çərşənbə günü yekunlaşacaq FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından 0,50 bənd artım gözlədiyini qeyd edib. "Hazırda staqflyasiya dövründəyik" deyən El-Erian, uzunmüddətli inflyasiyanın ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyə biləcəyini söyləyib.
FED-in keçmiş sədri Ben Bernanke isə CNN telekanalına verdiyi açıqlamada, tənəzzül ehtimalı olsa da, FED-in inflyasiyanı aşağı salmaq üçün şansının olduğuna inandığını bildirib.
ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers yaxın iki ildə tənəzzülün ola biləcəyini deyib.
"JPMorgan Chase & Co"nun Baş iqtisadçısı Bruce Kasman inflyasiyanın tənəzzülə səbəb olmadan “məqbul səviyyəyə” endirilməsi ilə bağlı əvvəlkindən daha pessimist olduğunu söyləyib.
Cümə günü açıqlanan inflyasiya məlumatlarından sonra "Barclays" və "Jefferies LLC", FED-in bu həftəki iclasında faiz dərəcələrini 0,75 bənd artıracağını proqnozlaşdırırlar. Bloomberg sorğusunda artım gözləntiləri 0,25 bənddən 1.00 bəndə qədərdir.
FED-in faiz artırmağa başladığı üçün Dollar indeksi 20 ilin ən yüksək səviyyəsindədir.
Qeyd edək ki, FED-in iclası bu gün başlayacaq və sabah da davam edəcək. Fed faiz qərarının sabah Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 25 san. sonra
-
50 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 51 d. əvvəl
-
-
58 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























