“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi keçən həftə foreks bazarlarında 1.11$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.12$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 1.13$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) növbəti faiz artımı üzrə gözləntilərin zəifləməsi də dolların ucuzlaşmasına səbəb ola bilər.
GBP
GBP/USD valyuta cütlüyünün qiyməti də 1.28$ ətrafında ticarət edilir və 1.30$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu həftə investorların diqqət mərkəzində olacaq önəmli hadisələrdən biri də İngiltərə ilə Avropa Birliyi arasında BREKSİT danışıqlarının başlamasıdır. BREKSİT ilə bərabər İngiltərədə qurulacaq yeni hökümət fonunda hadisələrin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
TRY
Türkiyə maliyyə bazarlarında Türk lirəsinin qiyməti cümə günü yenidən bahalaşmağa başlayıb. Türkiyədə iqtisadi inkişafın sürətlənməsi, xüsusilə ixrac potensialının güclənməsi ilə bağlı xəbərlər Türk lirəsinin qiymətinə də müsbət təsir edir. Ölkədə işsizliyin azalması ilə yanaşı iyun ayında istehlak inamının da artması tendensiyası Türk lirəsinin qiymətinə müsbət təsir edə biləcəyi gözlənilir və beləliklə, qiymətin 3.41TL-ə kimi bahalaşacağı proqnozlaşdırılır.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftin bir barel qiymətinin ucuzlaşmasında zəifləmə müşahidə edilir və qiymət 47$-ın üzərində ticarət edilməkdədir. Qiymətin gələcək günlər ərzində də 46-47$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, dünya birjalarında dolların ucuzlaşması neft qiymətlərinə də müsbət təsir edir.
GOLD
Əlvan metallar bazarlarında da qızıl qiymətinin eniş trendində zəifləmənin şahidi oluruq. 1251$-a (40.1 $/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində yenidən 1276$ (40.9 $/qram)kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
10 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
10 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
15 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
16 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























