Son 3 ayda mərkəzi banklar 60 dəfədən çox faiz artırıblar
Böyük Britaniyanın "Financial Times" qəzetinin təhlilinə görə, son 3 ayda mərkəzi banklar 60 dəfədən çox faiz artırıblar. Bu, 2000-ci illərin əvvəlindən bəri ən yüksək saydır.Qlobal mərkəzi banklar artan inflyasiyaya qarşı pul siyasətlərini sərtləşdirirlər.
Marja.az "Financial Times"a istinadən xəbər verir ki, dünya üzrə mərkəzi banklar son 3 ayda faiz dərəcələrini 60 dəfədən çox artırmağa qərar veriblər. Beləliklə, 2000-ci illərin əvvəlindən bəri ən çox faiz artımı qərarları qeydə alınıb.
Qəzetin təhlilində son vaxtlar ortaya çıxan sərt pul siyasəti çərçivəsinin 2008-ci il böhranından sonra ən sərtləşdirici siyasət olduğu bildirilib.
Qlobal miqyasda pandemiyanın ortaya çıxması ilə mərkəzi banklar yumşaq pul siyasəti həyata keçirmiş və təsiri bütün dünyada hiss edilən monetar ekspansiya prosesinə başlamışdılar. Bu vəziyyət inflyasiya göstəriciləri üzərində yüksələn təzyiq yaratmış və epidemiyanın sürətini itirməyə başladığı dövrdə relaksasiya siyasəti çərçivəsi şübhə altına alınmağa başlamışdır.
Epidemiya səbəbilə tədarük zəncirlərində fasilələrin davam etdiyi bir mühitdə Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatı da əmtəə qiymətlərini daha da yüksəldib.
Müharibə səbəbilə başlayan enerji və ərzaq qiymətlərinin artması qlobal səviyyədə inflyasiyanın artmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
-
52 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























