Avro dəyər qazanmaqda davam edə bilər - Birjalarda son vəziyyət
EUR
Avrozonada yüksəlməkdə davam edən inflyasiya göstəriciləri fonunda faiz artımı ehtimallarının artması EUR/USD məzənnəsinin də bahalaşmasına səbəb olmaqdadır.
Təhlillərə əsasən, cütlüyün qiyməti 1.07$-ı üzərində möhkəmlənərsə, 1.09$-a kimi dəyər qazanmaqda davam edə bilər.
GBP
GBP/USD məzənnəsində isə üfüqi dalğalanma diqqət çəkir. Əgər 1.25$-ı üzərinə yüksələrsə, funt sterlinq bahalaşmaqda davam edə bilər.
Bununla yanaşı, çərşənbə axşamı İngiltərədə biznes aktivliyi indekslərinin dərci də investorların diqqət mərkəzində olacaqdır. Həmçinin cümə axşamı keçiriləcək AMB toplantısı da maraqla gözlənilir.
TRY
USD/TRY məzənnəsində qiymət 16.50TL həddini qırarsa, artım tendensiyası güclənə bilər.
OIL
Enerji bazarlarında neftin qiymətində bahalaşma dalğası 128$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızılın 1830$ və 1860$ koridorunda üfüqi dalğalandığı müşahidə edilir. Təhlillərə əsasən, 1860$ həddi qırılarsa bir unsiya üzrə qiymət 1902$-a (61.15$/qram) kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
-
52 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























