İnstitutun baş direktoru “Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm”
"11 ildə quruma 48 milyon pul ayrılıb. Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər""AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".
Bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib.
O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: "Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun".
V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub:
"2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".
O vurğulayıb ki, AMEA rəhbərliyi ilə görüşə bilmir.
Sonda baş direktor təkliflə çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmamalıdır".
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














