Rusiyanın valyuta ehtiyatları artıb
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 6,2 milyard dollar artaraq 589,6 milyard dollara çatıb.Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 1,1% (və ya 6,2 milyard dollar) artaraq 2022-ci il mayın 27-də 589,6 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə, Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir.
“Beynəlxalq ehtiyatlar mayın 27-nə müsbət yenidən qiymətləndirmə nəticəsində bir həftə ərzində 6,2 milyard ABŞ dolları və ya 1,1% artaraq 589,6 milyard ABŞ dolları təşkil edib”, - məlumatda deyilir.
20 may 2022-ci il tarixinə beynəlxalq ehtiyatlar 583,4 milyard dollar təşkil etmişdi.
Rusiya Mərkəzi Bankı və Rusiya Federasiyası Hökuməti tərəfindən saxlanılan yüksək likvidli aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalarda vəsaitlərdən, xüsusi borclanma hüquqlarından, BVF-dəki ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində Rusiyanın təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.
Qərb ölkələri Rusiyanın Ukraynaya hücumundan sonra Mərkəzi Banka qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlara qadağa qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






