“Baku Steel Company” Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir - FOTO
(®) “Baku Steel Company” QSC iyunun 1-dən 3-dək Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir.
Şirkət sərgidə ayrıca böyük stendlə çıxış edir. BSC-nin stendində şirkətin istehsal etdiyi yüksək keyfiyyətli kvadrat və dairəvi pəstahların, həmçinin neft-qaz istismarı layihələrində istifadə olunan və yüksək dərinlik təzyiqinə davamlı tikişsiz boruların nümunələri, inşaat armaturları çeşidləri, eləcə də polad məftil (katanka), fasonlu tökmələr və s. məhsullar nümayiş olunur.
Sərginin ilk anlarından yerli və xarici şirkətlərin və onların distribütorlarının, eləcə də müxtəlif qurumların təmsilçiləri “Baku Steel Company”nin stendinə maraq göstəriblər. Bu əsnada mütəmadi işgüzar (B2B) görüşlər keçirilir, danışıqlar aparılır.
Xatırladaq ki, yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın 20-dən çox ölkəsinə ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















