Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyənin xarici ticarət kəsiri aprel ayında kəskin artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı xarici ticarət statistikasını açıqlayıb. Apreldə xarici ticarət kəsiri 98,5% artaraq 6,11 milyard dollar təşkil edib. Aprel ayında ixrac 24,6 faiz, idxal isə 35 faiz artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin xarici ticarət kəsiri aprel ayında kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Statistika Təşkilatının açıqladığı xarici ticarət məlumatlarına görə, 2022-ci ilin aprel ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 24,6% artaraq 23 milyard 368 milyon dollar, idxal isə 35% artaraq 29 milyard 480 milyon dollar təşkil edib. İdxal ixracı 6 milyard 112 milyon dollar üstələyib.

Marja.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 83 milyard 531 milyon dollara, idxal isə 40,2 faiz artaraq 116 milyard 85 milyon dollara çatıb. 

Reklam_3_11

Enerji məhsulları və qızıl istisna olmaqla ixrac 22,9 faiz, idxal isə 16,4 faiz artıb.

Xarici ticarət kəsiri aprel ayında 98,5% artıb

Aprel ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 98,5 faiz artaraq 3 milyard 80 milyon dollardan 6 milyard 113 milyon dollara yüksəlib. 2021-ci ilin aprel ayında ixracın idxala nisbəti 85,9 faiz olduğu halda, 2022-ci ilin aprel ayında 79,3 faizə enib.

Yanvar-aprel aylarında xarici ticarət kəsiri 130 faiz artıb

Yanvar-aprel dövründə xarici ticarət kəsiri 130 faiz artaraq 14 milyard 154 milyon dollardan 32 milyard 553 milyon dollara yüksəlib. 2021-ci ilin yanvar-aprel dövründə ixracın idxala nisbəti 82,9 faiz olduğu halda, 2022-ci ilin eyni dövründə 72 faizə enib.

31.05.2022 11:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18