Hyundai ABŞ-a 10 milyard dollardan çox sərmayə yatıracaq
Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai ABŞ şirkətləri ilə qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək üçün 2025-ci ilə qədər bu ölkəyə 10 milyard dollardan çox sərmayə yatıracaq.Hyundai Motor Company-nin baş direktoru Eusiun Chung, paytaxt Seulda ABŞ prezidenti Co Bayden ilə görüşdən sonra 5 milyard dollarlıq yeni investisiya planını açıqlayıb.
Marja.az xəbər verir ki, daha öncə Corciya ştatında təxminən 5,5 milyard dollarlıq yeni elektrikli avtomobil istehsalı müəssisəsi açacağını açıqlamış Hyundai-nin 2025-ci ilə qədər ABŞ-da yeni investisiyalarının 10 milyard dolları keçəcəyi gözlənilir.
Qeyd edilir ki, bu sərmayələr elektromobil istehsalı ilə yanaşı, robototexnika, şəhər hava nəqliyyatı, avtonom idarəetmə və süni intellektə yönəldiləcək.
Bildirilir ki, Hyundai-nin Corciyada tikəcəyi zavodda təxminən 8 min 100 nəfər işlə təmin olunacaq və müəssisə ildə 300 min elektrik avtomobili istehsal edəcək.
Bayden Cənubi Koreya şirkətlərinin investisiyalarından razı qalıb
Seula səfəri zamanı Bayden Hyundai və Samsung-un ABŞ-a yatıracaqları yeni investisiyalardan məmnunluğunu ifadə edib.
Hyundai-nin elektrik avtomobili layihəsi haqqında Prezident Bayden deyib: "Elektrikli nəqliyyat vasitələri iqlim məqsədlərimiz üçün yaxşıdır, lakin onlar biznes (sənaye) üçün də yaxşıdır."
Texasda 17 milyard dollarlıq kompüter çipi istehsalı müəssisəsi açmağı planlaşdıran Samsung-u da ziyarət edən Bayden, "İnvestisiyalar iki ölkəni yaxınlaşdıracaq və tədarük zəncirlərimizi gücləndirməyə kömək edəcək, Bu, şirkətləri şoklardan qoruyacaq və iqtisadiyyatlarımıza rəqabət üstünlüyü verəcək” ifadələrdən istifadə edib.
Digər tərəfdən Yaponiyaya getməzdən əvvəl Osan Hava Bazasında ABŞ əsgərlərini ziyarət edən Bayden Şimali Koreyaya qarşı hazır olduqlarını dilə gətirib.
Baydenin Cənubi Koreyaya səfərini bu gün başa vuraraq Yaponiyaya gedəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)




.jpg)







