Bank müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir
(®) Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir.
Xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri və hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların kredit, qarantiya, akkreditiv və s. kimi öhdəlik müqavilələri, zaminlik və girov müqavilələri üz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.
Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır, həmçinin bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşma idi. Lakin yeni xidmət vasitəsilə bütün bu qeyd edilən prosedurlara ehtiyac qalmır. Yeni xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.
Artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, ASAN imzaya qoşulmadan, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayacaqlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılacaq. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 16 d. əvvəl
- 45 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























