Unibank biznes üçün bütün kartları, hətta çatdırılmanı belə pulsuz etdi
®️Sahibkarların həmişə yanında olan Unibank, daha bir kampaniya keçirir.
Bu kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və əmək haqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə biləcəklər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı kartlarını bu linkdən https://online.unibank.az/corporate/ sifariş edə bilərlər.
Xatırladaq ki, Unibank biznes sahibləri üçün təqdim etdiyi xidmətlərin əksəriyyətini onlayn edib. Sahibkarlar xeyli müddətdir ki, biznes kartların sifarişini çox rahat şəkildə, filiallara gəlmədən İnternet banking vasitəsilə edərək, hazır kartı öz ünvanlarında qəbul edə bilirlər. Unibank müştərisi olmayan sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər. Bunun üçün onlar əvvəlcə “Unibank”da Onlayn hesab açmalıdırlar. Bu zaman avtomatik olaraq İnternet Banking və Mobile Banking xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə bilər. “Unibank”ın Biznes kart məhsulu kart hesabına 24/7 onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən yerindən pul vəsaitini almaq imkanı qazandırır.
“Unibank”ın biznes sahiblərinə təqdim etdiyi rəqəmsal xidmətlər siyahısında banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq və digər xidmətlər də var.
Sahibkarlar “Unibank”ın məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsələr, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















