Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət etdi
Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət edib.
Marja.az xəbər verir ki, müraciətdə deyilir:
Dəyərli KİV nümayəndələri,
Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, son zamanlar bir sıra KİV mənsubları “eManat” brendilə bağlı xəbərləri dəqiqləşdirmədən, tərəfimizdən müvafiq şərhlər almadan əsassız və ya natamam məlumatlar dərc edir. Şirkətimiz əhaliyə 24 saat xidmət göstəririr və hər zaman olduğu kimi media qurumları və ictimaiyyətlə də daim sıx əlaqədə olur. Şirkətə daxil olan mürəciətlər, şikayətlər zaman itkisi olmadan yerindəcə cavablandırılır və həllində operativ əməliyyatlar aparılır.
Media ilə dostluq münasibətlərimizi nəzərə alaraq, bir daha xahiş edirik ki, şirkətin rəsmi təmsilçiləri tərəfindən şərh almadan materiallar dərc etməyəsiniz. Əks halda, bildirilməmiş xəbərlərin dərc olunması brendin müştərilərinə yanlış məlumatın verilməsi ilə nəticələnə bilər. Hazırki siyasətin əsas məqsədi KİV-də brend haqqında məlumatların düzgün və tam əhatəli şəkildə müştərilərə çatdırılmasıdır.
Düşünürük ki, qarşı tərəf də oxuculara məlumat verən zaman brendin rəsmi mövqeyini qeydə almaqda maraqlıdır.
Bir daha bildiririk ki, eManat brendi AR Mülki Qanunvericiliyinə əsasən vurulmuş zərərin ödənilməsi tələbi ilə müvafiq dövlət qurumlarına/orqanlarına müraciət etmək hüququna malikdir.
Hörmətli KİV mənsubları, sizi məlumat mübadiləsi üzrə daha sıx və korporativ əməkdaşlığa dəvət edirik!
Şirkətin KİV ilə əlaqələr üzrə rəsmi təmsilçiləri barədə məlumatlar aşağıda qeyd olunmuşdur:
Ayşən Həsənova
İctimai əlaqələr və marketinq üzrə aparıcı mütəxəssis
0555058047
Murad Cəfərli
Hüquqşünas
0555159521
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb






















