“AzerGold” ilə Fransa şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Fransanın ölkəmizdəki səfirinin İqtisadiyyat müşaviri Lui Tulorj və iqtisadi məsələlər üzrə attaşesi Yannik Haronis ilə görüş keçirib.
QSC-nin yaydığı məlumaytda bildirilir ki, görüşdə ölkəmizdə fəaliyyət göstərməkdə maraqlı olan Fransa şirkətləri ilə “AzerGold” QSC arasında mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi şirkətin 5 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər barədə qonaqlara məlumat verib. Həmçinin “AzerGold”un geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə uğurlu fəaliyyəti, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs olunub. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa daim önəm verdiyini bildirən Z.İbrahimov bu xüsusda Cəmiyyətin xarici şirkətlərlə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.
Öz növbəsində, Fransa şirkətlərinin Azərbaycanda nəqliyyat, energetika sahələrində geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Lui Tulorj digər sahələrdə də əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib. Diplomat, həmçinin bu cür görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.
Ümumilikdə dağ-mədən sənayesinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması üzrə nou-hau texnologiyaların tətbiqi, gələcək layihələrdə alternativ enerji mənbələrindən istifadə edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
-
14 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 15 d. əvvəl
-
33 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
35 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
























