“Kred Aqro”da zərər artıb
“Kred Aqro” BOKT MMC 2021-ci ili 1 milyon 439 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2020-ci ili 1 milyon 416 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, “Kred Aqro” BOKT-un xalis zərəri 1,6% artıb.
Marja.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə 1 milyon 500 min manat təşkil etmiş faiz gəlirləri, 2021-ci ildə 1 milyon 184 min manata geriləyib.
“Kred Aqro”nun zərər etməsinin səbəbi xərclərinin gəlirlərini üstələməsidir. Ötən il təşkilatın 1 milyon 839 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 3 milyon 250 min manat təşkil edib.
Ötən il “Kred Aqro”nun kredit portfeli 42% azalaraq 2020-ci ilin sonundakı 6 milyon 143 min manatdan 4 milyon 324 min manata geriləyib.
"Kred Aqro", 2000-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın regionlarında sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası,ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)









.jpg)



