Putinin sözlərindən sonra neft bahalaşıb
Rusiya prezidenti Vladimir Putinin müharibənin davam edəcəyi ilə bağlı sözlərindən sonra neftin qiyməti qalxıb.Bir sıra ölkələrin strateji ehtiyatlardan satışları ilə əlaqədar olaraq geriləmiş neft qiymətləri, Rusiya-Ukrayna müharibəsinə dair yeni açıqlamalar ilə əlaqədar olaraq yenidən yüksəlib.
Marja xəbər verir ki, ABŞ xam nefti yenidən 100 dolları, Brent nefti 105 dolları keçib.
Rusiya prezidenti Vladimir Putin, Ukrayna tərəfinin Rusiya ilə İstanbulda aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaları rədd etdiyini qeyd edərək, "Yenə çıxılmaz vəziyyətdəyik" deyib.
Amur vilayətində "Vostochnıy" bazasında Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra Putin birgə mətbuat konfransında danışıb.
Ukraynada “xüsusi hərbi əməliyyat”ın gedişatının planlaşdırıldığı kimi davam etdiyini bildirən Putin əməliyyatı daha sürətli həyata keçirməyin mümkün olduğunu, lakin bunun qarşıdurmaların intensivliyi və itkilərlə bağlı olduğunu bildirib.
"Bizim vəzifəmiz qarşıya qoyulan bütün məqsədləri yerinə yetirmək və onlara nail olmaq, itkiləri minimuma endirməkdir. Biz Rusiya Baş Qərargahının təklif etdiyi plana uyğun olaraq ritmik, sakit hərəkət edəcəyik", - Putin bildirib.
Putin bəyan edib ki, əgər hamı üçün məqbul olan razılıq yoxdursa, xüsusi əməliyyat əvvəldə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilənə qədər davam edəcək.
Geosiyasi proseslərin neft qiymətlərinə təsiri hiss olunsa da, Rusiya embarqolara qarşı yeni addım atmağa hazırlaşır.
Rusiyanın energetika naziri Nikolay Şulqinov bəyan edib ki, Rusiya dost ölkələrə istənilən qiymət intervalında neft satmağa hazırdır.
Digər tərəfdən, dünyanın ən böyük neft ticarəti şirkəti olan Vitol Rusiya nefti üçün fəaliyyətini dayandıracağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)





