Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəldilər
Aprelin 12-də Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaqdır.
Bu əməkdaşlıq iki qardaş dövlətin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.
Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin “Bir kəmər bir yol” qlobal nəqliyyat layihəsinin davamıdır.
Son onillik ərzində Azərbaycanın inkişaf etmiş yerüstü və hava nəqliyyatına malik olan tranzit dövlət kimi rolu xeyli artmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və müdrik siyasəti nəticəsində mümkün olmuş və uğurla həyata keçirilmişdir. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq hava limanının açılışı iki qardaş ölkə arasında hava nəqliyyatının və hava hərəkətinin inkişafının əhəmiyyətini və vacibliyini göstərən daha bir parlaq sübutdur.
Xatırladaq ki, 2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olmuşdur. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılmışdır.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
-
14 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 15 d. əvvəl
-
33 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
35 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq

























