Litva Rusiya qazından imtina edən ilk Avropa ölkəsi oldu
Litva prezidenti Gitanas Nauseda öz Twitter hesabında paylaşıb: “Bu aydan etibarən Litvada artıq Rusiya qazı yoxdur. Biz bunu bacarsaq, Avropanın qalan hissəsi də bunu edə bilər”Litva bu ayın əvvəlindən Rusiyadan təbii qaz almağı tamamilə dayandırıb.
Marja xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda Twitter hesabında paylaşıb: “Bu aydan etibarən Litvada artıq Rusiya qazı yoxdur. Biz bunu bacarsaq, Avropanın qalan hissəsi də bunu edə bilər”.
Litvanın energetika naziri Dainius Kreivys Rusiyadan qaz idxalının dayandırılmasını “Litva enerji tarixində dönüş nöqtəsi” kimi qiymətləndirib.
Rusiya qazından imtina edən ilk Avropa ölkəsi olduqlarını bildirən Kreyvys bunun illərdir həyata keçirilən ardıcıl enerji siyasətinin və vaxtında verilən infrastruktur qərarlarının nəticəsi olduğunu bildirib.
Litva Energetika Nazirliyinin saytında verilən açıqlamada, Rusiyanın Avropadakı "enerji şantajı"na və Ukraynadakı müharibəyə cavab olaraq Rusiyadan qaz idxalının dayandırıldığı qeyd olunub. Litva Belarus vasitəsilə ölkəyə Rusiya qazı nəql edirdi.
Ölkənin qaza olan tələbatının hamısının mayeləşdirilmiş təbii qaz (LNG) hesabına ödənildiyi bildirilib, qarşıdakı aylarda idxal olunacaq təbii qazın miqdarı və qazın hansı marşrutlarla gətiriləcəyi ilə bağlı planların hazırlandığı qeyd edilib.
Bildirilib ki, ehtiyac yaranarsa, mayın 1-dən etibarən Latviya Polşa üzərindən təbii qaz idxal oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)
