Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, ABŞ cavab verəcək"

ABŞ prezidenti Co Bayden Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna ərazi güzəşti edib-etməyəcəyinə Rusiya ilə danışıqlarda özü qərar verəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, ABŞ cavab verəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Co Bayden Brükseldə mətbuat konfransı keçirib. 

Bayden bildirib ki, Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, ABŞ cavab verəcək.

O həmçinin qeyd edib ki, Rusiya Federasiyası Ukraynada kimyəvi silahdan istifadə edərsə, NATO-nun mümkün müdaxiləsi məsələsi gündəmdə olacaq.

"Çin başa düşür ki, onun iqtisadi gələcəyi Rusiya Federasiyasından daha çox Qərblə bağlıdır", - Bayden deyib.

Bayden hesab edir ki, qarşıdan gələn G20 sammitinə Rusiya Federasiyasının əvəzinə Ukrayna dəvət edilməlidir.

Bayden deyib ki, Ukrayna Rusiya Federasiyası ilə danışıqlarda hər hansı ərazi güzəştinə getməli olub-olmamasına özü qərar verməlidir. O, Ukraynanın münaqişəni həll etmək üçün ərazisinin bir hissəsindən imtina etməli olacağına inanmadığını da bildirib.

Bayden Ukrayna hadisələri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən qlobal ərzaq qıtlığının real olduğunu deyib.

24.03.2022 21:56
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18