Yeni radio kanalın açılması ilə bağlı müsabiqənin qalibi açıqlandı
“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilb.
Şuradan bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə olunub.
İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: “Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); “İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio); “İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio); “ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio); “Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası). Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib.
Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
Gündəlikdə duran ikinci məsələ “Radio TMB” kanalı üçün regionlarda yeni tezliklərin ayrılması olmuşdur. Bununla bağlı Şura aparatının texniki mütəxəssislərinin rəyi dinlənilib.
Daha sonra “Radio Qrup” MMC-nin müraciəti və texniki mütəxəssislərin rəyi əsasıında “Radio TMB” ümumölkə radio kanalının yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən “Poylu” Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyi və Şəki rayonu ərazisində yerləşən “Təpəcənnət” Radio-Televiziya Yayım Stansiyasından 94.9 MHs radiotezliyi “Radio Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında qərar qəbul olunub.
Bundan sonra, texniki cəhətdən mövcud tezlikdə yayımın aparılmasının qeyri-mümkünlüyü və texniki mütəxəssislərin rəyini nəzərə alaraq “İctimai Radio” ümumölkə radio kanalının yayımı üçün Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli 13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən “Şuşa” Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs radiotezliyi 88.7 MHs radiotezliyinə dəyişdirilməsi haqqında qərar qəbul olunub.
İclasda, həmçinin, televiziya kanallarının efirində yayımlanan reklam çarxları müzakirə olunub. Bir sıra kanalların efirində yayımlanan bir reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilmiş və yayımçılara bununla bağlı müraciət qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
8 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
8 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















